“Kəpəz” yeni baş məşqçi ilə razılığa gəldi

“Kəpəz” yeni baş məşqçi ilə razılığa gəldi

Azər Bağırov “Kəpəz”lə razılığa gəlib.

Milletinsesi.az “Report”a istinadən xəbər verir ki, bunu mütəxəssis özü bildirib.

O, bir çox məsələlərdə razılıq əldə olunduğunu söyləyib:

“Demək olar, razılaşmışıq. Sadəcə, tam olaraq rəsmi bir şey olmadığı üçün uzun-uzadı danışa bilmərəm. İnşallah, rəsmiləşsin, hədəflərimiz barədə danışacağıq”.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl baş məşqçi Adil Şükürovla vidalaşıb. Komanda Misli Premyer Liqasında keçirdiyi 6 matçda məğlub olub.

Azər Bağırov 2024/2025 mövsümündə də Gəncə klubunda işləyib.

Share: