
ökumətin dəyişdirilməsi fonunda Fransadakı son siyasi qeyri-müəyyənlik Avropa İttifaqını zəiflədə və avrozonada iqtisadi vəziyyəti gərginləşdirə bilər.
Millətin Səsi.az bildirir ki, bu barədə Aİ diplamatı bildirib;
“Fransa uğursuz olmaq üçün çox böyükdür, ona görə də bu sonsuz siyasi qeyri-sabitlik bütün avrozonanı risk altına qoyur”.
“Öz növbəsində, Brüsseldəki bir sıra diplomatlar Fransa prezidenti Emmanuel Makronu Avropa İttifaqında nüfuzu “tezliklə sönən” “axsaq ördək lideri” kimi qiymətləndirirlər. Onlar iddia edirlər ki, əgər Fransa “eyni naziri ardıcıl olaraq görüşlərə göndərə bilsə” Aİ büdcəsini müzakirə etmək çox asan olardı. Digər tərəfdən, Fransada erkən seçkilər blokun 2027-ci ildə Fransa seçkilərindən əvvəl razılaşdırılmalı olan uzunmüddətli büdcəsinə təhlükə yarada bilər. Fransada hakimiyyətə gələ biləcək müxalifət partiyaları debatları poza bilər”, Aİ hökumət rəsmisi vurğulayıb.
Bundan başqa, Fransadakı bu siyasi qeyri-sabitlik onun Almaniya və İngiltərə ilə birgə layihələrini, o cümlədən “istəklilər koalisiyası” təşəbbüsünü məhv edə bilər.