Saxlanıldıqları deyilən müğənnilər Türkiyədə yoxdurlar

Saxlanıldıqları deyilən müğənnilər Türkiyədə yoxdurlar

Xəbər verdiyimiz kimi, Türkiyədə bir çox məşhur saxlanılıb.

Milletinsesi.az-ın məlumatına görə, hazırda Türkiyədə olmayan Ziynet Salinin vəkili məsələyə münasibət bildirib.

“Ziynet xanım da ifadə vermək üçün dəvət alıb. Lakin Türkiyədə olmadığı üçün gedə bilməyib. Ziynet Sali ömrü boyu siqaret belə istifadə etməyib. Sözügedən istindaq və ora çağırılanlarla heç bir əlaqəsi yoxdur. Düşünürük ki, Ziynet xanım məsələyə səhvən daxil edilib” deyə, vəkili açıqlayıb.

Həmçinin, saxlanıldığı deyilən Simge Sağının meneceri ifaçının ölkədə olmadığını bildirib:

“Simge bir həftədir ki, Amerikadadır. Və onun sözügedən məsələ ilə bağlı ifadə verməli olduğunu əks etdirən bildiriş bizə təqdim olunmayıb”.

Qeyd edək ki, saxlanıldığı deyilən İrem də hazırda Türkiyədə yox, Fransadadır.

İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə başladılan əməliyyat çərçivəsində İrem Derici, Birce Akalay, Simge Sağın, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Engin Polat, Duygu Özaslan Mutaf, Feyza Altun, Hadise Açıkgöz, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali saxlanılıb.

Share: