
Filippində 5,7 bal gücündə zəlzələ baş verib.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Luson adasındakı, 317 min əhalisi olan Kalamba şəhərindən 185 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.