
ABŞ Prezidenti Donald Trampın Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təxribat törədilib.
Milletinsesi.az xəbər verir ki, ABŞ liderinin çıxışı bir etirazçı tərəfindən yarıda kəsilib.
Etiraz şuarları səsləndirən şəxs qısa zamanda zaldan çıxarılıb.
Tramp çıxışını davam etdirərək Ukrayna-Rusiya müharibəsinə toxunub və bu müharibənin qarşısını almaq üçün atdığı addımlardan bəhs edib.