Azərbaycanlı FİFA referisi Avropa çempionatının oyunlarında

Azərbaycanlı FİFA referisi Avropa çempionatının oyunlarında

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Milletinsesi.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

 

 

F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Share: