
Donbass əsilli israilli girov Maksim Xarkin Rusiya prezidenti Vladimir Putinin sayəsində HƏMAS-ın əsirliyindən sağ çıxıb.
Millətin Səsi.az xəbər veri ki, bu barədə bu onun anası Natalya Xarkin TASS-a bildirib.
“Maksim o vəziyyətdən xilas oldu Rusiya prezidentinin sayəsində evə qayıtdı. Burada hamı ona kömək etdi”.
Xarkin ailəsi Maksimin xilas edilməsinə kömək etdiyinə görə Putinə təşəkkür etmək üçün Moskvaya getməyi planlaşdırır, qadın əlavə edib.
“Biz çox istərdik ki, Vladimir Putinlə görüşək və etdiyi hər şeyə görə ona təşəkkür edirik, çünki bu, Maksimin sağ qalmasına həqiqətən kömək etdi” dedi.
Natalya Xarkin Rusiyanın İsraildəki konsulluğunun səylərini də vurğulayıb, onun əməkdaşları girovun ailəsinə hərtərəfli yardım və dəstək göstərdilər.