Kişinyov Qaqauziyanın muxtariyyətini ləğv edir?

Kişinyov Qaqauziyanın muxtariyyətini  ləğv edir?

Moldova hökuməti Qaqauziyanın muxtariyyətini tamamilə ləğv etmək istəyir.

Millətin Səsi.az xəbər verir ki, bu haqda Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul TASS-a müsahibəsində deyib.

“Kişinovun son məqsədi muxtariyyəti tamamilə ləğv etməkdir. Onlar bizi paytaxtdan idarə olunan adi bir bölgəyə çevirmək və qaqauz xalqını nəsillər boyu mübarizə apardığımız xüsusi statusdan məhrum etmək istəyirlər. Amma sizi və bütün Qaqauziyanın sakinlərini əmin etmək istəyirəm: onların öz planlarını həyata keçirməsinə imkan verməyəcəyik”, – o bildirib.

Qeyd edək ki, Qutsul 2025-ci il avqustun 5-də müxalifətdə olan Sor partiyasını qanunsuz maliyyələşdirməkdə ittiham edilərək 7 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, beş il müddətinə hər hansı siyasi partiyaya üzv olmaq qadağan edilib və kampaniyasını maliyyələşdirmək üçün götürdüyü iddia edilən 2,4 milyon dollar məbləğində cərimələnib. Onun müdafiəçiləri məhkəmənin hökmünə etiraz edib.

Share: