
Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.
Milletinsesi.az APA-ya istinadla xəbər verir ki, iclasda Ramil Həsənin deputat səlahiyyətinə xitam verilməsi və cari məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.
Ramil Həsən vəzifəsinin icrasına bu gün başlayıb.
Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub.