FHN ötən həftə yanğına çıxışların sayını açıqladı

FHN ötən həftə yanğına çıxışların sayını açıqladı

Ötən həftə 169 yanğına çıxış olub.

Bu barədə Millətin Səsi.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 169 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə 7-si azyaşlı olmaqla 32 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, 3 nəfərin meyiti təhvil verilib.

Share: