ABŞ-a məxsus helikopter və qırıcı qəzaya uğradı

ABŞ-a məxsus helikopter və qırıcı qəzaya uğradı

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R Sea Hawk tipli helikopter və F-18 qırıcısı Cənubi Çin dənizində baş verən iki ayrı insident nəticəsində qəzaya uğrayıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanması məlumat yayıb.

Qeyd olunub ki, hər iki hava nəqliyyatı planlı əməliyyatlar zamanı qəzaya düşüb.

Məlumata görə, qəza nəticəsində həlak olanlar yoxdur.

Hazırda hadisələrin səbəbləri araşdırılır.

Share: