“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola karyerasının 600-cü matçına çıxıb.
Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, bu, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Atalanta” ilə oyuna (1:1) təsadüf edib.
Qvardiola məşqçi kimi “Mançester Siti”də 192, “Barselona”da 247, “Bavariya”da 161 qarşılaşma keçirib. Onun bu matçlardan qələbə faizi 75-dir (600 oyuna 448 qələbə).