ABŞ prezidenti Donald Tramp Venesuelaya zərbə endirmək planlarını təsdiq və ya təkzib etməkdən imtina edib.
Millətin Səsi.az xəbər veriri ki, Tramp Cerald Ford təyyarədaşıyan gəmisinin Karib dənizinə göndərilməsi fonunda ABŞ-ın Venesuelaya qarşı müharibə edib-etməməsi ilə bağlı suala cavab verib:
“Mən buna şübhə edirəm. Düşünmürəm”.
Jurnalist ondan Venesuelaya qarşı potensial quru zərbələri barədə soruşduqda, “Mən bunu edəcəyimi söyləməyə meylli olmazdım”, deyə bildirib.


