QHT sədri: Ermənilər bu günədək Qərbi Azərbaycanda 1700-ə yaxın coğrafi adı dəyişdirib

QHT sədri: Ermənilər bu günədək Qərbi Azərbaycanda 1700-ə yaxın coğrafi adı dəyişdirib

Ermənilər bu günədək Qərbi Azərbaycanda 1700-ə yaxın coğrafi adı dəyişdirib.

Millətin Səsi.az xəbər verir ki, bunu “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov “Qərbi Azərbaycana Qayıdış” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, tarixi yaddaş çox önəmlidir və bunu qorumağın böyük məsuliyyəti gənclərin üzərinə düşür:

“Son iki ildə Qərbi Azərbaycan istiqaməti üzrə iki kartoqrafik əsər hazırlanıb. Bu yaxınlarda Azərbaycan və ingilis dillərində buraxdığımız “Zəngəzur dəhlizi” xəritəsinə böyük tələbat hiss edirik. Bu xəritə Ermənistan mediasında da yayıldı. Milli toponimlərimiz bu əsərlərdə mütləq verilir, tarixi həqiqəti inkar etmək olmaz”.

Share: