Lukaşenko ukraynalıları Belarusiyaya çağırdı

Lukaşenko ukraynalıları Belarusiyaya çağırdı

Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalıları respublikaya gəlməyə dəvət edib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

Belarus dövlətinin başçısı Pripyat çayı üzərində təmir edilmiş körpünün açılışı mərasimində deyib: “Biz açığıq. Ukraynalılar, zəhmət olmasa, gəlin. Sizi salamlamaqdan şad olarıq. Biz sizin ailələrinizə və övladlarınıza təhsil və səhiyyə baxımından belaruslular kimi həyat keyfiyyətini təmin edəcəyik”.

Lukaşenko qeyd edib ki, Ukraynadan köçənlərin çoxu artıq işlə təmin olunub, o cümlədən Qomel vilayətində. “Biz onları qarşılamağa hazırıq. Bizim üçün ukraynalılar nemətdir. Onlar bizi başa düşən və eyni dildə danışan çox zəhmətkeş insanlardır”, – Belarus lideri bildirib. “Lakin qonşumuzun evinə bəla gəldi. İnanıram ki, biz bu məsələnin öhdəsindən gələcəyik”, – deyə o, yekunlaşdırıb.

Share: