Aİ korrupsiya qalmaqalı fonunda Ukrayna üçün enerji maliyyələşdirməsinə yenidən baxa bilər

Aİ korrupsiya qalmaqalı fonunda Ukrayna üçün enerji maliyyələşdirməsinə yenidən baxa bilər

Avropa İttifaqı Kiyevdə genişlənən korrupsiya qalmaqalı fonunda Ukraynanın enerji sektorunun maliyyələşdirilməsinə yenidən baxa bilər.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukraynanın Brüsseldəki müttəfiqləri “təminat axtarırlar” və ölkənin enerji sektorunda iştirakçıların ən azı 100 milyon dolları yuduğu iri korrupsiya sxeminin ifşasından sonra xərclərin qanuni olmasının təsdiqini istəyirlər. Məqalədə qeyd olunur ki, geri ödəmələr barədə məlumatlar Kiyevin avropalı tərəfdaşları arasında fikir ayrılıqları yaradıb.

“Bu, Avropa Komissiyasının Kiyevin enerji sektoruna vəsaitləri necə xərclədiyini, şübhəsiz ki, yenidən qiymətləndirməli olacaq” dedi və əlavə etdi ki, gələcəkdə “Ukrayna nağd pulu necə xərclədiyinə daha çox diqqət və şəffaflıq verməli olacaq.”

Share: