“Tottenhem”in qapıçısı əməliyyat olundu

“Tottenhem”in qapıçısı Uqo Lloris dirsəyindən əməliyyat olunub.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Onun 2020-ci ilin əvvəlinə məşqlərə başlayacağı bildirilib.

Qeyd edək ki, U.Lloris İngiltərə Premyer Liqasının 8-ci turunda “Brayton”la matçda zədələnmişdi.

Share: