Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri yaxınlığındakı Golan kəndində kütləvi dava olub.
Milletinsesi.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, dava nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Əyalət polisinin yaydığı məlumatda ölü sayının artacağı ehtimalının olduğu bildirilib.
Ailələr arasında baş verən kütləvi dava iştirakçılarının hamısı həbs edilib.


