ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun olduğu ehtimal edilən təyyarə ABŞ hava məkanını tərk edərək Rusiyaya istiqamət alıb.
Millətin Səsi.az xəbər verur ki, bu barədə hava hərəkətinə nəzarət dairələrindəki mənbə TASS-a bildirib.
“Təyyarə ABŞ hava məkanını təzəcə tərk edib, Avropaya, sonra isə Rusiyaya istiqamət alıb”, – agentliyin həmsöhbəti bildirib.
Rusiya prezidenti Vladimir Putinlə bu gün görüşü planlaşdırılan ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff Ukrayna böhranının həllini müzakirə edəcək, o cümlədən ABŞ-ın məsələ ilə bağlı təkliflərini irəli sürəcək.
Kremlin sözçüsü Dmitri Peskov bu yaxınlarda jurnalistlərə bildirib ki, Putinin Vitkoffla görüşü dekabrın 2-də günortaya planlaşdırılıb. Söhbətin ilkin məqamları media üçün açıq olacaq.


