Rusiya prezidenti Vladimir Putin bildirib ki, dünən axşam saatlarında Hindistanın baş naziri Narendra Modini Ukraynadakı nizamlanma ətrafında vəziyyət, eləcə də məsələ ilə bağlı ABŞ ilə dialoq barədə məlumatlandırıb.
Putin Hindistana dövlət səfəri proqramı çərçivəsində Modi ilə rəsmi danışıqlar zamanı deyib: “Dünən axşam Ukraynadakı hadisələri və bəzi digər tərəfdaşlarla, o cümlədən ABŞ ilə birlikdə bu böhranın sülh yolu ilə həlli üçün səylərimizi ətraflı müzakirə etmək imkanımız oldu”.
Rusiya prezidenti Hindistanın baş nazirinə dəvətə görə, həmçinin “dünənki çox xoş axşama və dost, eyni zamanda mənalı və faydalı müzakirələrə görə” təşəkkür edib.


