İspaniya doqquz ayda 67 milyondan çox turist qəbul edib

Bu ilin doqquz ayı ərzində İspaniyada 67,1 milyon xarici turist istirahət edib.

Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, həmin dövrdə turistlər İspaniyada 73,83 milyon avro xərcləyiblər. Məlumatı İspaniya Milli Statistika İnstitutu (INE) təqdim edib.

Hesabat dövründə İspaniya Böyük Britaniya (14,757 milyon turist), Fransa (9,129 milyon turist) və Almaniyadan (8,980 milyon turist) daha çox turist qəbul edib.

Doqquz ayda İspaniyanın ən populyar istirahət yeri Kataloniya olub. Burada 15,624 milyon turist istirahət edib. İkinci yeri Balear adaları (12,148 milyon turist), üçüncü yeri Əndəlis (9,706 milyon turist) tutub.

Sentyabrda ölkə Britaniyanın “Thomas Cook” turoperatorunun iflası ilə üzləşib. Bu da turistlərin İspaniyaya axınına təsir göstərib. Bu ay artım yerinə turizm axınının 0,2 faiz (təqribən 8,9 milyon turist) zəifləməsi qeydə alınıb.

Share: