Avroliqada həftənin rəmzi komandası açıqlandı

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun rəmzi komandası açıqlanıb.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı 11-likdə “Qarabağ”a qol vuran Lukas Souza da yer alıb.

Qapıçı: Giderius Arlauskis (“ÇFR Kluj”)

Müdafiəçilər: Reynhold Ranftl (LASK), Lyuis Lopes, Sebastyan Korçia (hər ikisi “Espanyol”), Zinho Vanheuzden (“Standard”)

Yarımmüdafiəçilər: Ussama İdrissi (“Alkmar”), Esteban Qranero, Oskar Melendo (Espanyol), Lukas Souza (APOEL)

Hücumçular: Munir, Munas Dabbur (hər ikisi “Sevilya”).

Share: