Son altı ayda Ukrayna hakimiyyəti cəbhəyanı ərazilərdən təxminən 147 min insanı təxliyə edib.
Millətin Səsi.az xəbər verir ki, Ukraynanın İcmalar və Ərazilərin İnkişafı Nazirliyinin məlumatında belə deyilir.
İyunun 1-dən etibarən Donetsk Xalq Respublikasının (DXR) Kiyevin nəzarətində olan hissəsini təxminən 92 400 mülki şəxs tərk edib. 35 000-dən çox insan Dnepropetrovsk vilayətindən, 8 300-dən çoxu Xarkov vilayətindən, 4 400-dən çoxu isə Sumi vilayətindən təxliyə edilib.
Ukraynanın nəzarətində olan Zaporojye və Xerson vilayətlərindən təxliyə edilənlərin sayı müvafiq olaraq 2800 və 3700 nəfərdir.
Təxliyə edilənlərin 16500-dən çoxu uşaqlardır. Nazirlik cəbhə xəttinin yaxınlaşması ilə əlaqədar yerli əhalini təxliyə üçün “fürsətdən istifadə etməyə” çağırıb.


