Qaxda maşın ağaca çırpıldı- Ölən var

Qaxda maşın ağaca çırpıldı- Ölən var

Qaxda avtomobil ağaca çırpılıb.

Millətin Səsi.az xəbər verir ki, dekabrın 30-da saat 01 radələrində Qax rayonu ərazisində VAZ-21099 markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Share: