“Şamaxı”nın legioneri oynadı, komandası pley-offa yüksəldi

“Şamaxı”nın legioneri oynadı, komandası pley-offa yüksəldi

Afrika Millətlər Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilir.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, C qrupunda Tunis və Tanzaniya milli komandaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

4 xalı olan Tunis qrup ikincisi, 2 xalı olan Tanzaniya isə ən yaxşı üçüncü kimi pley-offa yüksəlib.

Tanzaniya yığmasının heyətində “Şamaxı”da çıxış edən Alfons Msanqa da meydanda olub. 22 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və sona qədər oynayıb.

Tanzaniya pley-offda ev sahibi Mərakeşlə qarşılaşacaq. Görüş yanvarın 4-də keçiriləcək.

Share: