Daha iki ölkə İrana uçuşları LƏĞV ETDİ

Daha iki ölkə İrana uçuşları LƏĞV ETDİ

Dubay-İran istiqamətində, o cümlədən Tehran, Şiraz və Məşhəd şəhərlərinə planlaşdırılan azı 17 reys ləğv edilib.

Milletinsesi.Az “Khaleej Times”a istinadən xəbər verir ki, “Flydubai” aviaşirkətinin sözçüsü İran istiqamətində uçuşların ləğv edildiyini təsdiqləyib və vəziyyəti izləməyə davam edəcəyini bildirib.

“Təxirə salınan və ya ləğv edilən uçuşlar səbəbindənsəyahət planları pozulan sərnişinlərlə birbaşa əlaqədəyik”, – deyə o qeyd edib.

Ləğvin səbəbi isə açıqlanmayıb.

Həmçinin Qətərin Doha şəhəri ilə Tehran arasında azı iki reysin ləğv edildiyi Hamad Beynəlxalq Hava Limanının saytında yer alıb.

Xatırladaq ki, Türkiyə bu gün və sabah İranın Tehran, Təbriz və Məşhəd şəhərlərinə planlaşdırılan 17 reysin ləğv olunduğunu açıqlayıb.

Daha sonra Azərbaycan Hava Yolları (AZAL)aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.

Share: