Müğənni Günel Zeynalova ötən gün həkim Dilqəm Məhərrəmovla yayımladığı söz-söhbətə səbəb olan fotolarından danışlıb.
Milletinsesi.az xəbər verir ki, sənətçinin sosial şəbəkədə yerləşdirdiyi şəkillərin yeni və ya köhnə olması müzakirə yaradıb. Buna səbəb isə D.Məhərrəmovun lisenziyasının ləğv edilməsi, həkim kimi çalışmasına icazə verilməməsidir.
Günel bu söz-söhbətdən sonra fotoların arxiv olduğunu açıqlayıb. O, daha sonra türkiyədə keçirtdiyi uğursuz burun əməliyyatından danışıb:
“Türkiyədə ilk dəfə burun əməliyyatı olunanda məni şikəst etdilər. Burnumdan nəfəs almırdım, səsim də getmişdi. Studiyaya mahnı oxumaq üçün girəndə boğulurdum. Öz həkimlərimizə hörmət edək. İndi nəfəs ala və sənətimi icra edə bilirəm. Bu şəkillər köhnədir”.Axşam.az


