Ötən gün Xəzər dənizində qəzaya uğrayan İrana məxsus “Rona” yük gəmisi ilə bağlı yeni məlumat yayılıb.
Millətin Səsi.az “Unian”a istinadən xəbər verir ki, qəzaya uğrayan gəmidə silah daşınırmış.
Məlumata görə, gəmi İrandan Rusiyaya silah daşıyırmış. Gəminin Xəzər dənizində batdığı da iddia olunur.
Bildirilir ki, bu quru yük gəmisi tez-tez İran və Rusiya limanları arasındakı “silah” marşrutu ilə hərəkət edirdi. Xüsusilə də bu silah təchizatı marşrutu haqqında əvvəllər CNN və “Voll Strit Jurnalı” tərəfindən məlumat verib.
Məsələ ilə bağlı Türkmənistan XİN məlumat yaysa da, gəminin hansı yükü daşıdığı barədə açıqlam verməyib.
Qeyd edək ki, ötən gün Türkmənistan Sahil Sidməti İranın qəzaya uğrayan “Rona” yük gəmisindən SOS siqnalı alıb. Görülən tədbirlər nəticəsində gəmidə olan 14 nəfər xilas edilib.


