Bu gün Qasımovlad ailəsində toydur

Bu gün Qasımovlad ailəsində toydur

Bu gün Xalq artisti Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımovanın evində toydur. 

Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, muğam ifaçısının qızı Mövlanə ailə qurur. Mövlanə Fərid adlı bəylə nikah masasına oturacaq.

Şəhər restoranlarından birində keçiriləcək məclisə şou-biznes nümayəndələri də dəvət olunub. F.Qasımova məclisdə spirtli içki verilməsini qadağan edib.

Qeyd edək ki, Mövlanə ötən ilin yanvarında Fərid adlı bəylə nişanlanıb. F.Qasımovanın dörd övladı var. Onun böyük qızı Fatimə Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailəlidir.

Share: