Dəmirəldən “Qarabağ” açıqlaması: Medina və Nəriman…

Dəmirəldən “Qarabağ” açıqlaması: Medina və Nəriman…

“Qarabağ”ın oyunlarını izləyirəm və ümumilikdə çox uğurlu çıxış etdiklərini deyə bilərəm.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirəl deyib.

O, komandanın yaxşı formada olduğunu və bəzi oyunçuları diqqətlə izlədiyini bildirib.

“Onlara gələcək matçlarda da uğurlar arzulayıram. Qarşıdakı görüşlər çətin olacaq, amma komandanın potensialı yüksəkdir və yaxşı nəticələr gözləmək olar”, – V.Dəmirəl deyib.

“Fənərbağça”nın sabiq futbolçusu “Qarabağ”da bəyəndiyiniz oyunçular varmı?” sualına cavabında isə qeyd edib ki, xüsusilə Kevin Medinaya diqqət yetirir:

“Onu iki-üç il əvvəl izlədim və çox yaxşı müdafiəçi olduğunu gördüm. Nəriman Axundzadə isə son iki ildə komandaya həm çoxlu qollar, həm də vacib nəticələr qazandırıb. Onun çıxışını da yüksək qiymətləndirirəm. Bu oyunçuların həm fərdi, həm də komanda üçün böyük əhəmiyyəti var”.

Share: