Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İran ətrafındakı vəziyyəti müzakirə edib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Tərəflər Yaxın Şərqdəki vəziyyəti və İran ətrafında baş verən hadisələri müzakirə ediblər. Vladimir Putin regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün siyasi və diplomatik səylərin intensivləşdirilməsinə üstünlük verən fundamental yanaşmaları açıqlayıb”, – məlumatda deyilir.
Putin Rusiyanın “bütün maraqlı dövlətlərlə vasitəçilik və konstruktiv dialoqu təşviq etmək səylərini davam etdirməyə” hazır olduğunu təsdiqləyib. Hər iki tərəf müxtəlif səviyyələrdə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.


