Brazilya millisinin üzvü zədələndi

“Ayaks”ın futbolçusu David Neres zədələnib.

Qol.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Erik ten Haq məlumat verib. O, 22 yaşlı hücumçunun Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Çelsi” ilə matçda zədələndiyini deyib. Oyunçunun ən azı, yanvar ayının sonuna qədər komandadan ayrı qalacağı bildirilib.

Qeyd edək ki, Brazilya millisinin üzvü 2017-ci ildən “Ayaks”da çıxış edir.

Share: