İngiltərənin Brayton şəhərinin sakini pis hazırlanmış toyuq əti yeyib və iflic olub.
Milletinsesi.az oxu.az-a istinadən xəbər verir ki, 39 yaşlı Riçard Cekson toyuq əti yedikdən sonra zəhərlənib və xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya gətirilən zaman Cekson huşsuz vəziyyətdə olub. Reanimasiyaya yerləşdirildikdə isə o, komaya düşüb.
Araşdırmalar zamanı məlum olub ki, zəhərlənmə bədənin nadir reaksiyasına səbəb olub, onun immun sistemi onurğasını zədələyib və bu səbəbdən Ceksonun aşağı ətrafları iflic olub.
Komadan çıxan zaman R.Cekson əllərini və ayaqlarını, demək olar ki, hərəkət etdirməkdə çətinlik çəkib.
İki aylıq müalicədən sonra Ceksona beyni vasitəsilə idarə edə biləcəyi robot kostyum verilib və o, bunun vasitəsilə hərəkət edəcək.