Bu gün səhər saatlarında Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.
Millətin Səsi.az APA-ya istinadən xəbər verir ki, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerindən qaçan İ. Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.
Araşdırma aparılır.


