Superliqa klubu baş məşqçiyə cəmi 18 gün şans verdi

Superliqa klubu baş məşqçiyə cəmi 18 gün şans verdi

Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçisi Levent Şahin ilə yollarını ayırıb.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Maraqlıdır ki, Levent Şahin fevral ayının 16-da kluba baş məşqçi təyin edilmişdi. Yəni onun işi cəmi 18 gün çəkib. Bu müddətdə komanda Superliqada iki oyun keçirib, 1 dəfə məğölub olub, 1 görüşdə isə heç-heçə edib.  Ötən gecə isə “Gənclərbirliyi” aşağı liqa təmsilçisi “Aliağa”ya 3:1 hesabı ilə qalib gələrək Türkiyə kubokunda pley-offa yüksəlib.

Levent Şahin bu mövsüm “Gənclərbirliyi”nin yollarını ayırdığı 4-cü baş məşqçidir. Mövsümə komandanı Superliqaya yüksəldən Hüseyn Eroğlu ilə başlayan klub daha sonra onunla yollarını ayıraraq Volkan Demirellə anlaşıb. Volkan Demirelin istefasında sonra isə Metin Diyadin baş məşqçi edilmişdi.

Qeyd edək ki, “Gənclərbirliyi” hazırda Superliqada 24 xalla 13-cü sıradadır.

Share: