“Oksford Yunayted” futbol klubu akademiyasının 15 yaşlı üzvü Ameliya Eplinin faciəvi ölümü ilə bağlı bəyanat yayıb.
Millətin Səsi.az xəbər verir ki, hadisə klubun Horspat məşq mərkəzində, “Oksford” və “Fulhem”in qızlardan ibarət akademiya komandaları arasındakı matç zamanı baş verib.
Gənc qapıçı oyunun gedişində qəfildən yerə yıxılıb. Hər iki klubun tibbi heyətinin və hadisə yerinə çağırılan təcili yardım xidmətinin müdaxiləsinə baxmayaraq, xəstəxanaya çatdırılan Ameliyanın həyatını xilas etmək mümkün olmayıb.


