Yaxın Şərqdə ən azı 13 ABŞ hərbçisi ölüb, 200-ü yaralanıb

Yaxın Şərqdə ən azı 13 ABŞ hərbçisi ölüb, 200-ü yaralanıb

İrana qarşı “Epik qəzəb” əməliyyatının başlanmasından bəri azı 13 ABŞ hərbçisi öldürülüb, azı 200 nəfər yaralanıb.

Millətin Səsi.az bildirir ki, bu barədə “The Wall Street Journal” mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə , yaralanan 200 nəfərdən 170-i artıq xidmətə qayıdıb.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı İranın Küveytdəki ABŞ bazasına cavab hücumu zamanı altı amerikalı əsgərin həlak olduğunu, daha bir əsgərin isə martın 1-də Səudiyyə Ərəbistanındakı bazaya endirilən zərbə zamanı aldığı xəsarətlərdən öldüyünü bildirib. Cümə günü ABŞ-ın KC-135 təyyarəsinin altı ekipaj üzvünün hamısının İraqda yanacaq dolduran təyyarədə həlak olduğu barədə xəbərlər yayılıb.

Share: