Aİ bu halda Hörmüz boğazına missiya yerləşdirə bilər – AK prezidenti

Aİ bu halda Hörmüz boğazına missiya yerləşdirə bilər – AK prezidenti

Avropa Hörmüz boğazına yalnız ABŞ-İsrail müharibəsi başa çatdıqdan sonra missiya göndərə bilər.

Millətin Səsi.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avstraliyanın baş naziri Entoni Albanese ilə Kanberrada apardığı danışıqlar zamanı bildirib;

“Avropa İttifaqının liderləri çox açıq şəkildə bildiriblər ki, yalnız hərbi əməliyyatlar bitəndən sonra onlar əməliyyat və ya missiya nəzərdə tuta bilərlər”.

O, etiraf edib ki, dünya üzrə enerji təchizatı müttəfiqləri kritik vəziyyətlə üzləşiblər. “Biz hamımız qazın və neftin qiymətlərinə, biznesimizə və cəmiyyətlərimizə təsirləri hiss edirik. Lakin danışıqlar yolu ilə həllə gəlməyimiz çox vacibdir”, – AK prezidenti əlavə edib.

Martın 21-də prezident Donald Tramp bəyan etmişdi ki, Hörmüz boğazı 48 saat ərzində gəmilərə tam olaraq açılmasa, ABŞ İranın bir neçə elektrik stansiyasını məhv edəcək. İran Silahlı Qüvvələrinin Baş Qərargahı buna cavab olaraq xəbərdarlıq edib ki, belə bir hücum olacağı təqdirdə İran ABŞ-ın bölgədəki enerji və kommunikasiya infrastrukturuna cavab zərbələri endirəcək.

Share: