İsrail və ABŞ İrandakı qaz boru xəttini vurdu

İsrail və ABŞ İrandakı qaz boru xəttini vurdu

İsrail və ABŞ İranın cənub-qərbində və mərkəzi hissəsində boru kəmərinə və qazpaylayıcı stansiyaya zərbələr endirib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat verib.

Xəbər agentliyinin məlumatına görə, İsfahanda qazpaylayıcı stansiyasının binası və İraqla sərhəddə yerləşən Xürrəmşəhrdəki elektrik stansiyasına gedən qaz kəməri hücuma məruz qalıb. Xəsarət alanlar barədə məlumat verilmir. İnfrastruktur və ona bitişik yaşayış binalarına maddi ziyan dəyib.

Qeyd edək ki, martın 21-də prezident Donald Tramp bəyan etmişdi ki, Hörmüz boğazı 48 saat ərzində gəmilərə tam olaraq açılmasa, ABŞ İranın bir neçə elektrik stansiyasını məhv edəcək. İran Silahlı Qüvvələrinin Baş Qərargahı buna cavab olaraq xəbərdarlıq edib ki, belə bir hücum olacağı təqdirdə İran ABŞ-ın bölgədəki enerji və kommunikasiya infrastrukturuna cavab zərbələri endirəcək.

Martın 23-də ABŞ lideri Vaşinqton və Tehran arasında davam edən “konstruktiv danışıqlar” fonunda Pentaqona İranın enerji infrastrukturuna zərbələrin beş gün müddətinə təxirə salınmasını əmr edib. İran ABŞ-la danışıqlar apardığını təkzib edib.

Share: