İstanbuldakı Taksim məscidi 2020-ci ildə istifadəyə veriləcək

İstanbulun Taksim meydanında inşa edilən məscid 2020-ci ildə istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, təməli 2017-ci il fevralın 17-də qoyulan məscidin memarları Şefik Birki və Selim Dalamandır.

Təxminən 2482 kvadratmetr ərazidə inşa edilən məscidin hündürlüyü 61 metrdir. Əsas hissəsinin inşasının artıq tamamlandığı məscidin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Share: