ABŞ və İsrail İsfahan Texnologiya Universitetinin binasına hücum edib, dağıntılar törədib, lakin itki yoxdur.
Millətin Səsi.az xəbər verir ki, universitetin mətbuat xidməti bildirib.
“Martın 26-da sübh çağı cinayətkar Amerika və qəsbkar sionist rejim İsfahan Texnologiya Universitetinin binasına hücum etdi. Bu hücum universitet binasına və ətrafdakı yardımçı tikililərə ziyan vurdu. Xoşbəxtlikdən tələfat olmayıb”, – bəyanatda deyilir.


