Dünən gecə İsrail İrana qarşı yeni silsilə zərbələr endirib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Tehranda müxtəlif obyektləri, o cümlədən silah və ballistik raket istehsalı ilə məşğul olan obyektləri hədəfə alıb.
Zərbələr İranın qərbində də raket buraxılış qurğuları və anbarlarına endirilib.


