Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO

Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO

Deputat oğlunun Avropadakı biznesi barədə Almaniyada yaşayan jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Cumhuriyyet.az-ın məlumatına görə, Ülvi Quliyevin oğlu 18 yaşından Avropada şirkət sahibidir. Jurnalist hələlik təfərrüatları açıqlamayıb.

Cavanşir Həsənli Ülvi Quliyevin oğlunun bahalı avtomobildə fotosunu yayıb. Foto Fransada məşhur “Eyfel” qülləsinin qarşısında çəkilib. Ülvi Quliyevin oğlunun Avropadakı biznesi barədə məlumat və onun fotosu sosial şəbəkələrin narazı seqmentdə etirazlara səbəb olub. Eyni zamanda Milli Məclisin oliqarxlardan təmizlənməsi məsələsini yenidən gündəmə gətirib.

2005-ci ildən millət vəkili olan Ülvi Quliyev “passiv deputatlar” kateqoriyasına aiddir. O, deputat olduğu 14 il müddətində parlamentə bir neçə dəfə çıxış edib. Ülvi Quliyevin adı deputat kimi deyil, daha çox oliqarx kimi gündəmə gəlib.

Cumhuriyyet.az-ın araşdırmasına görə, metronun Nərimanov stansiyası yaxınlığındakı “Qala” restoranı, Bakının bir çox ərazisində yerləşən 1992-ci ildə təsis olunan “Loğman” Farma aid olan apteklər Ülvi Quliyevin biznes şəbəkəsinə aiddir. Bu onun üzdə olan biznes strukturlarıdır. Bununla bağlı yerli mətbuatda dəfələrlə yazılıb.

Mediada yayılan məlumatlardan biri də Ülvi Quliyevin MTN-nin sabiq naziri Eldar Mahmudovun sağ əli olan Elçin Quliyevlə qohumluq əlaqəsinin olması barədədir. Bildirilir ki, onun son illərdə daha da passivləşməsi məhz MTN hadisələri ilə əlaqələndirliri. Bu olaylarda keçmiş deputat Çingiz Əsədullayev mandatını itirdi, partiya sədrlərindən biri deputat seçilməyib. Bunu görən Ülvi Quliyev kğölgəyə çəkilməyə üstünlük verib”

Share: