Youtube yeni qaydalarla işləyəcək

Bizimyol.info xəbər verir ki, şəbəkənin əsas yenilikləri aşağıdakılardan ibarət olacaq.

Xidmətdən istifadə edənin ən azı 13 yaşı olmalıdır.

Valideyn və ya qanuni qəyyum tərəfindən icazə verildiyi halda azyaşlı uşaqlar da YouTube Kids istifadə edə bilər.

Valideyn və ya qəyyum tərəfindən icazə

Yaşınız 18-dən azdırsa, Xidmətdən istifadə etmək üçün valideyniniz və ya qəyyumunuz icazə verməlidir. Bu Sazişi onlarla birlikdə oxumağınız xahiş olunur.

18 yaşdan aşağı istifadəçinin valideyni və ya qəyyumusunuzsa, uşağınıza Xidmətdən istifadə etmək icazəsi verməklə onun fəaliyyətinin cavabdehliyini üzərinizə götürmüş olursunuz və bu Sazişin şərtlərinə cavab verməlisiniz. YouTube’da ailənizin təcrübəsini idarə etməyə yardım olacaq Yardım Mərkəzivə Google’un Ailə Linkini istifadə edə bilərsiniz.

Bizneslər

Xidməti şirkət və ya təşkilatın adından istifadə edirsiniz və qurum adından fəaliyyət göstərmək haqqına malik olduğunuzu təsdiq edirsinizsə, bu Sazişi qəbul etməlisiniz.

Xidmətdən istifadə qaydalarında deyilir.

“Sazişə uyğun olmayan İcma Qaydalarıvə ya qanunlara zidd olan hər hansı Kontent görürsünüzsə bizə xəbər verə bilərsiniz.

Google Hesabları və YouTube Kanalları

Google hesabı olmadan Xidmətin Kontent axtarmaq kimi hissələrini istifadə edə bilərsiniz. Lakin digər funksiyaları istifadə etmək üçün Google hesabınız olmalıdır. Google hesabı ilə videoları bəyənə, kanallara abunə ola, öz YouTube kanalınızı yarada və sair funksiyalar icra edə bilərsiniz. Google hesabı yaratmaq üçün bu təlimatlara əməl edin.

YouTube kanalının yaradılması video yükləmək, şərh yazmaq və ya pleylist yaratmaq kimi funksiyaları həyata keçirmək imkanını verir. Öz YouTube kanalınızı yaratmaq haqqında bəzi detallar verilib.

Google Hesabının təhlükəsizliyi üçün, parolu məxfi saxlayın. Google parolunuzu üçüncü tərəf tətbiqlərində istifadə etməyin. Google hesabınızın güvənli saxlanması, hesabınıza müdaxilə edilən zaman görəcəyiniz tədbirlər haqqında ətraflı məlumat əldə edin.

Məlumatlarınız

Xidmətdən istifadə etməyinizə dair bəzi məhdudiyyətlər var. Bunları edə bilməzsiniz:

1. Sadalanan hallar istisna olmaqla, Xidmətə və ya istənilən Kontentə girmə, yenidən istehsal, endirmə, paylaşma, yayım, göstərmə, satma, lisenziya vermə, dəyişmə, düzəliş etmə və ya digər bənzər hərəkətlərin edilməsi. İstisna hallar bunlardır: (a) Xidmət tərəfindən açıqcasına icazə verilmə; (b) YouTube’dan və ya müəllif hüquqları sahiblərindən öncədən yazılı icazə verilmə; və ya (c) qanun tərəfindən icazə verilmə;

2. Buna (a) Kontentin istifadəsinə məhdudiyyət qoyan və ya istifadənin qarşısını alan metodları əngəlləmək; (b) Xidməti və ya Kontenti istifadə etməyə məhdudiyyət kimi əməllər də daxil olmaqla; xidmətdən istifadə edən zaman məhdudiyyətlərdən yan keçmək, onları deaktiv etmək və ya dələduzluq əməllərini həyata keçirmək (və ya bunlardan hər hansını etməyə cəhd göstərmək).

3. Sadalanan hallar istisna olmaqla, avtomatik vasitələri istifadə etməklə Xidmətə daxil olmaq: (a) YouTube’un robots.txt faylına uyğun olaraq ictimai axtarış sistemi halında; (b) YouTube tərəfindən öncədən verilmiş yazılı icazə olan halda və ya (c) qanun icazə verdiyi halda;

4. Şəxslər tərəfindən icazə verilmədiyi və ya yuxarıdakı 3-cü bölmənin qaydaları icazə vermədiyi halda həmin şəxslərin kimliyini müəyyənləşdirə bilən məlumatları toplamaq və ya istifadə etmək;

5. İstənilməyən tanıtımı, kommersiya kontentini, kütləvi spamı paylaşmaq üçün Xidmətdən istifadə etmək;

6. Sazişi yanlış təfsir etmək və ya digərlərini buna sövq etmək, istifadəçiləri ödəniş və ya digər maraqlar qarşılığında izləmə, bəyənmə, bəyənməmə və ya abunəçi sayını artırmağa çağırmaq və ya göstəriciləri (metrikləri) digər yollarla manipulyasiya etmək;

7. Əsassız, usandırıcı və ya böhtan xarakterli müraciətlər də daxil olmaqla hər hansı xəbər, şikayət, disput (müzakirə), apellyasiya funksiyasından sui-istifadə etmə;

8. YouTube’un müsabiqə qaydalarına uyğun olmayan müsabiqələri Xidmət üzərindən həyata keçirmə;

9. Şəxsi, qeyri-kommersiya məqsədlərindən başqa məqsədlərlə Xidmətdən istifadə etmək və ya

10. Xidməti bu məqsədlərlə istifadə etmək: (a) YouTube’da Reklam qaydalarının icazə verdiyindən fərqli şəkildə hər hansı reklam, sponsorluq, tanıtım satma; və ya (b) yalnız Xidmətdən Kontent içərən və ya Xidmətdən Kontentin satışlar üçün baza olduğu istənilən səhifədə hər hansı reklam, sponsorluq, tanıtım satma (örnək olaraq, kontenti yalnız YouTube videolarından ibarət olan səhifələrdə reklam satmaq).

Verdiyiniz hüquqlar

Kontentiniz üzərindəki bütün sahiblik hüquqları sizə məxsusdur. Bir sözlə, Sizə aid olanlar sizin olaraq qalır. Lakin, aşağıda təsvir olunduğu kimi sizdən YouTube’a və bu Xidmətdən istifadə edənlərə aşağıdakı hüquqları verməyiniz tələb olunur.

Kontentin YouTube tərəfindən silinməsi

Hər hansı Kontentin bu Sazişi pozduğunu, YouTube’a, istifadəçilərə, üçüncü tərəflərə ziyan verdiyini əsaslı düşündüyümüz halda Kontentin bir hissəsini və ya hamısını silə və ya ictimaiyyətdən gizlədə bilərik. Sadalanan hallar istisna olmaqla qərarımızın səbəbi haqqında sizə xəbər verəcəyik: (a) Xəbər vermək qanunu, səlahiyyətli vəzifəli şəxsin göstərişini pozarsa, YouTube və ya Tərəfdaşların hüquqi məsuliyyətlərini risk altına qoyarsa; (b) Xidmətin araşdırılmasını, bütövlüyünü və ya fəaliyyətini təhlükəyə atarsa; və ya (c) hər hansı istifadəçiyə, YouTube’a, Tərəfdaşlara və ya üçüncü tərəfə zərər verərsə. Yardım Mərkəzində xəbər vermə və qanunvericilik, həmçinin Problem Həlləri bölməsinə müraciət yolu haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

YouTube Müəllif Hüquqları Mərkəzində müəllif hüquqları sahiblərinə intellektual mülkiyyətlərini idarə etmək üçün yardım edirik.

Xidmətdə müəllif hüququnuzun pozulduğunu düşündüyünüz halda bizə xəbər verin.

Müəllif hüquqlarının pozulması haqqında bildirişlərə YouTube Müəllif Hüquqları Mərkəzinin qaydalarına əsasən cavab veririk.

Xidmətə son verilmə və ya xidmətin durdurulması haqqında bildiriş

Sadalanan hallar istisna olmaqla qərarımızın səbəbi haqqında sizə xəbər verəcəyik: (a) Xəbər vermək qanunu, səlahiyyətli vəzifəli şəxsin göstərişini pozarsa, YouTube və ya Tərəfdaşların hüquqi məsuliyyətlərini risk altına qoyarsa; (b) Xidmətin araşdırılmasını, bütövlüyünü və ya fəaliyyətini təhlükəyə atarsa; və ya (c) hər hansı istifadəçiyə, YouTube’a, Tərəfdaşlara və ya üçüncü tərəfə zərər verərsə. Xidmət dəyişikliyi səbəbindən girişinizə son qoyulursa, Kontentinizi Xidmətdən götürməyiniz üçün sizə vaxt veriləcək.

Hesabın dayandırılmasına və ya hesaba son verilməsinə olan təsirlər

Google hesabınıza son verilibsə və ya Google hesabınızın girişi məhdudlaşdırılıbsa, Xidmətin bəzi aspektlərindən hesab olmadan istifadəyə davam edə bilərsiniz (sadəcə baxmaq kimi) və bu Saziş həmin halda da tətbiq olunmağa davam edəcək”.

Share: