Aun, Netanyahu 3 həftə ərzində Vaşinqtona gələ bilər – Tramp

Aun, Netanyahu 3 həftə ərzində Vaşinqtona gələ bilər – Tramp

İsrailin baş naziri Binyamin Netanyahu və Livan prezidenti Cozef Aunun üç həftə ərzində Vaşinqtona sülh danışıqlarına gələ biləcəklərini gözləyir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ prezidenti təsdiqləyib ki, İsrail və Livan ABŞ-ın dəstəyi ilə atəşkəs rejimini üç həftə uzatmağa razılaşıblar.

“Üç həftə… İsrail və Livan liderləri çox güman ki, bu müddət ərzində buraya gələcəklər”, – Tramp deyib.

Aprelin 16-da o, İsrail və Livanın 10 günlük atəşkəs tətbiq etdiyini açıqladı. Trampın fikrincə, bu tənzimləmə iki ölkə arasında davamlı sülhə gətirib çıxara bilər. ABŞ lideri Aun və Netanyahunu sülh danışıqları üçün yaxın günlərdə Ağ Evə dəvət etdiyini bildirib.

Share: