Noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Milletinsesi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aksiyada iştirak ediblər.