Meksikanın Puerto Penasko şəhəri yaxınlığında yerləşən çöllük ərazidəki bir çuxurda 10 insan meyiti tapılıb.
Meksika polisinin verdiyi açıqlamada cəsədlərin ABŞ-la sərhəd bölgədə aşkar edildiyi bildirilib.
Sözügedən yerdə 10 cəsədin tapıldığının bildirildiyi açıqlamada oktyabr ayından bu yana bölgədə aşkar olunan meyit sayının 52-yə çatdığı vurğulanıb.
Açıqlamada az qala hər gün bu bölgədə insan cəsədinə rast gəlindiyi qeyd olunub.
Məlumata görə, narkotik mafiyaları işlədiyi cinayətləri ört-basdır etmək məqsədilə belə üsullardan istifadə edir.
Puerto Penasko vaxtilə Şinalo narkotik karteli ilə rəqiblərinin qarşıdurmasına səhnə olmuşdu./teleqraf