Bu əməliyyatlar dayandırılmayacaq – Netanyahu

Bu əməliyyatlar dayandırılmayacaq – Netanyahu

İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail İranla mümkün nizamlanşmanın bir hissəsi olaraq Livanda Hizbullaha qarşı düşmənçiliyi dayandırmağa razı olmayacaq.

Millətin Səsi.az Report-a istinadla xəbər verir ki, o, bu barədə “CBS Nyus” telekanalına müsahibədə bildirib.

Mümkün razılaşma ilə bağlı suala cavab olaraq Netanyahu bildirib ki, İsrail Hizbullaha qarşı əməliyyatları dayandırmağa razı olmayacaq. Lakin o, İsrailin ABŞ Prezidenti Donald Trampın belə bir tələbini yerinə yetirib-yetirməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib.

Baş nazir həmçinin İranın əhəmiyyətli dərəcədə zəifləməsinin və ya ölkədə hökumət dəyişikliyinin onun müttəfiqləri olan Hizbullah, HƏMAS və “Ənsar Allah” hərəkatının husilərini zəiflədəcəyi fikrini bildirib.

Share: