ABŞ şirkətinin əməkdaşları Zəngəzur dəhlizinə görə Ermənistanda: Ərazi araşdırılır

ABŞ şirkətinin əməkdaşları Zəngəzur dəhlizinə görə Ermənistanda: Ərazi araşdırılır

Amerikanın AECOM şirkətinin əməkdaşları TRIPP layihəsi çərçivəsində ərazini araşdırmaq üçün Ermənistana gəliblər.

Milletinsesi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Erməistan” hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Baş nazirin müavini Mher Qriqoryanla görüşdə şirkət nümayəndələri layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə əsas iş sahələrini, eləcə də tədqiqatın gözlənilən nəticələrini təqdim ediblər.

Qriqoryan təşəbbüsün regionda sülhün və sabitliyin möhkəmləndirilməsindəki əhəmiyyətini vurğulayıb. O, həmçinin regional kommunikasiyaların açılması ilə bağlı imkanları və Ermənistanın mal və resursların daşınması üçün yüksək tranzit potensialını qeyd edib.

Müəllif: Tural

Share: