Yağış yağdı, Bakı “çökür”- Kimdir künahkar?

Yağış yağdı, Bakı “çökür”- Kimdir künahkar?

 

Xətai rayonu Sadıqcan küçəsində yolu qazıblar. Yeni tikilən göydələnlərin kanalizasiyasını köhnə xətlərə qoşurlar. Halbuki həmin xətlər köhnə 9 və beşmərtəbələr üçün nəzərdə tutulub.

Yağışlar yağan kimi şəhərin küçə və prospektləri niyə suyun altında qalır? Çünki bu binaların tikintisinə razılıq verənlər onların axıtdıqları çirkab sularının miqdarını nəzərə almırlar. Başa düşmürlər ki, Bakının köhnə “sovetdən” qalmış kanalizasiya xətlərinin gücü çatmır ,hər gün balalayan göydələnlərin çirkab sularını daşıya bilmir, ya da zorla kifayət edir. Yağış yağan kimi həmin xətlər dolu olduğu üçün küçələr su altında qalır.

Yağışlar normadan artıq deyil, Bakı hər gün qat-qat yüklənir. Buna dur deyən olacaqmı?

Qazılan yerlərə baxın; qaz xətti, su xətti, telefon xətti, işıq xətti, hamısı qarışıb bir-birinə..

Bakının acı mənzərəsi; nə işarələnmə var, nə izolyasiya var. Amma çəkiliş üçün ayrılan pulların cədvəlini çıxarsan, hər şey avropa qiymətləri ilə hesablanıb. Biz Bakı küçələrində gəzəndə kanalizasiya lüklərindən ən azı üç metr aralı gəzməliyik. Hər yolun çökməsi nəticəsində kanalizasiya borusuna düşə bilərik. Necə ki vətəndaşlarımızdan biri yolun çökməsi nəticəsində həyatını itirdi. Onun yerində hər birimiz ola bilərdik.

Bu rəsm həm də şaxələnmiş iqtisadiyyatımızın “ incilərindən” biridir, bu rəsm tenderdə udan şirkətlərin “sənət əsəridir”.

Yağışlar yağdı. Həmin ərazi bir həftə olar ki, doldurulub. Bircə asfaltı qalmışdı. Bugünkü yağışlardan sonra 11 saylı avtobus lükün iki- üç metr aralıda batdı. Lükə da düşə bilərdi.

Bundan sonra övladlarımız bayıra çıxanda mütləq və mütləq kanalizasiya xətlərindən uzaq olmalıdır. Avtomobil yoluna çıxmamalıdır. Ələlxüsus, körpülərdən keçəndə nəfəslərini içinə çəkib ağırlıqlarını tam salmamalıdır. Çünki hər an bata bilərlər.

Təxminən 20-25 il əvvəl Daxili işlər nazirinə məktub yazdım ki, Bakıda 30 mindən artıq erməni yaşayır. Onların pasportlarını dəyişdirin, hamımız onları tanıyaq. Ən azından canımızı etibar elədiyimiz həkimlər, hərbidə yüksək rütbəli şəxslər, imza yetkililəri, enerji sektorundakı mütəxəssislər onlardan olmasın. Ən azından qohum olanda bilək ki, onlarla qohum olmayaq.

Göstərilən şəkillərdən erməni qoxusu gəlir, ermənilik yağır. Terror təkcə özünə bomba bağlayıb sivil insanları partlatmaq deyil. Təkcə avtobusa, metroya bomba qoymaqdan ibarət deyil. Yüksək gərginlikli su xəttinin yanından yüksək gərginlikli elektrik xəttinin çəkilməsi də terrorun bir formasıdır, gələcəyə hesablanmış növüdür. Körpülərdə, binalarda almaturların, sementin normativə uyğun istifadə olunmaması da terrorun mülayim və gələcəyə hesablanmış sərt formasıdır. Əgər bina çökərsə, yüzlərlə insan həyatını itirəcək. Allah qorusun!

Talıb Əhədov

Share: